ABŞ Türkiyə və Rusiyanın Astanada Suriya ilə bağlı təşkil etdiyi danışıqlara rəsmi dəvət almayıb.
"Milliyet.com”un verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentin sözçüsü Mark Toner bildirib.
"Dövlət katibimiz rusiyalı və türkiyəli həmkarları ilə əlaqə saxlayaraq Suriya məsələsini müzakirə edir. Əlbəttə ki, o özü bu danışıqlar prosesini sürətləndirə bilər. Lakin biz bu danışıqları təşkil edən deyilik”, - deyə o vurğulayıb.
Qeyd edək ki, yanvarın 23-də Astanada keçiriləcək Suriya ilə bağlı zirvə görüşünə hazırlıq işləri çərçivəsində Türkiyə, İran və Rusiya rəsmləri Moskvada bir araya gəlib. /APA/
MediaFax