ABŞ-a sərt xəbərdarlıq: “Məhv edəcəyik!”

Vaşinqton hər hansı "ağılsız addım” atarsa, Pxenyan ABŞ bazalarını məhv edəcək.

Bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyinin yaydığı  bəyanatda qeyd olunub.

Nazirliyin yaydığı bəyanatda bildirilir ki,  Koreya yarımadasında  vəziyyət həddən artıq gərgin bir mərhələyə qədəm qoyur və əgər Vaşinqton hər hansı "ağılsız addım” atmağa cürət edərsə, Pxenyan ABŞ-ın  Sakit okeandakı, o cümlədən, Quam adasındakı hərbi bazalarını məhv edəcək.
 
Bəyanatda o da bildirilir ki,  ABŞ bu yaxınlarda   Ulji Freedom Guardian birgə hərbi manevrləri zamanı  Sakit okeandakı Quam adasında  üç növ strateji bombardman təyyarəsi yerləşdirib  və bunu  ciddi həyəcan siqnalı kimi qəbul edirik.
 
XİN-in sənədində qeyd olunur ki, ABŞ mütəmadi olaraq yarımadaya və onunla həmsərhəd adalara atom aviadaşıyıcılar, nüvə silahı olan sualtı gəmilər yerləşdirir.

Pxenyan  Quam adalarına bombardman təyyarələrini yerləşdirməsini,ABŞ-ın Şimali Koreyanın nüvə silahına qarşı yönəldiyini və bunun bölgədə vəziyyətin təhlükəli mərhələyə qədəm qoyması kimi dəyərləndirdiyini bildirib./gununsesi.info/

MediaFax