Abdulla Gül danışdı: “Ölkədə...”

Türkiyənin 11-ci prezidenti Abdulla Gül fövqəladə vəziyyət rejiminin verdiyi səlahiyyət çərçivəsində imzalanan "qanun hökmündə qərarnamə” ilə universitetlərdən kütləvi xaricedilmələrə münasibət bildirib.
 
"Hürriyet”in verdiyi xəbərə görə, A. Gül bu qərardan narahat olduğunu deyib: "Xüsusən elm dünyasında, universitetlərdə bu işin sıxlaşması çox narahatlıq doğuran, vicdanı yaralayan durumdur. Ümid edirəm ki, bunlar sürətlə düzəldiləcək”.  
 
A. Gül yaranmış vəziyyəti üzüntü ilə izlədiyini söyləyib: "Həm vicdan, həm də ədalətə uyğun olmayan bir çox durumlar görürəm”.
 
Qeyd edək ki, son qanun hökmündə qərarnamə ilə Türkiyə universitetlərindən 330 professor və müəllim qovulub./APA/

MediaFax