Ağ Evin mətbuat katibi yenə səhv etdi

Ağ Evin mətbuat katibi Şon Spayser yenə baş nazirlərin adını səhv salıb.
 
Ağ Ev rəsmisi Kanadanın baş naziri Castin Tryudonun adını unudaraq, yanlış səsləndirib. Brifinqdə çıxış edən Spayser "Dünən axşam prezident Kanadanın Baş naziri Co Tryudo ilə kifayət qədər produktiv görüş keçirib”,- deyib.

Qeyd edək ki, Şon Spayser 2-3 fevralda keçirilən brifinqdə də bənzər səhvə yol vermişdi. O, Avstraliyanın Baş naziri Malkolm Ternbullun soyadını Trambl kimi demişdi./qafqazinfo.az/

MediaFax