900-dək azərbaycanlı İŞİD-ə qoşulub - AÇIQLAMA

"Azərbaycanın 900-dək vətəndaşı radikal təşkilatların təsiri altında Suriya və İraqda terrorçulara qoşulub”.
 
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev "Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusuna keçirilən konfransda çıxışı zamanı deyib.
 
O bildirib ki, onlardan çoxu döyüşlər zamanı öldürülüb.
 
M. Quliyev qeyd edib ki, onlardan 84 nəfər şəxs cinayət məsuliyyətinə cəlb  olunub, son bir ildə 54 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib.

MediaFax