800 uşaq zəhərləndi

Yaponiyada paytaxt Tokionun yaxınlığında yerləşən Tatikava şəhərində 7 məktəbdən olan 800 uşaq qidadan zəhərlənib.

RİA Novosti agentliyi xəbər verir ki, məlumata görə, uşaqlar qarın ağrıları və ürəkbulanma ilə şikayət ediblər.

Uşaqlardan 5-i hospitala yerləşdirilib.

İlkin məlumatlara görə, uşaqlar məktəbdə nahar yeməyindən zəhərləniblər.

Faktla bağlı araşdırmalar aparılır./trend.az/

MediaFax