Türkiyə Prokurorluğu 15 iyul qiyam cəhdində aktiv rol oynadığı təsbit edilən 80 əsgərin arvadlarının həbs olunması haqqında qərar çıxarıb.
Daha 3 hərbçinin arvadı isə polis nəzarətinə götürülüb.
Bastainfo saytının "Hürriyyet” qəzetinə istinadən verdiyi məlumata görə, prokurorluq ümumilikdə 105 hərbçi arvadının Fətullah Gülən təşkilatına aid olub-olmadığını araşdırıb.
Məlumatda bildirilir ki, prokuror Erkman, şübhəlilərdən biri olan T.R. adlı hərbçi arvadının təşkilata aid olduğunu etiraf etdiyini, istintaq üçün vacib məlumatlar verdiyini, bu səbəbdən sərbəst buraxıldığını bildirib.
MediaFax