Sabirabad rayonunda uşağı avtomobil vurub.
Hadisə rayonun Bulaqlı kəndində qeydə alınıb.
Kənd sakini 8 yaşlı Hənifə Murad qızı İlyasovanı minik avtomobili vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanada ilkin tibbi yardım göstərilib. Lakin uşağın vəziyyəti ağır olduğundan paytaxt Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır./report.az/
MediaFax