Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nigar Rafiq qızı Əhmədovanın məhkəmə prosesi başa çatıb.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Əhmədova 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. O, Rüfət Əliyev adlı şəxsə deputatın qardaşı qızı olduğunu bildirərək, onu "Kapital Bank"a filial müdiri vəzifəsinə düzəldəcəyini deyib. N.Əhmədova bunun müqabilində həmin şəxsdən 32500 ABŞ dollar pulunu alıb.
Xatırladaq ki, deputat Vahid Əhmədovun qardaşı qızı olan N.Əhmədova 2009-cu ildə məhkumluq həyatı yaşayıb./virtualaz.org/
MediaFax