8-ci mərtəbədən yıxıldı, sağ qaldı - Bakıda

Binəqədi rayonunda yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılan 27 yaşlı gənc sağ qalıb.

Hadisə rayonun Cəfər Xəndan küçəsi 42, mənzil 366 ünvanında baş verib.

Belə ki, 1989-cu il təvvəllüdlü Cəmilov Cəlil Rafət oğlu ötən gecə yaşadığı evə özünün ad günü qeyd edib. Mərasim davam etdiyi vaxt gənc otaqdan eyvana çıxıb.
 
C.Cəmilov ehtiyyatsızlıqdan 8-ci mərtəbədən yıxılıb. O, binanın həyatində hərəkətsiz vəziyyətdə dayanmış avtomobilin üzərinə düşüb.

Ağır bədən xəsarətləri alan C.Cəmilov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdı./qafqazinfo.az/

MediaFax