Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Orxan Xurşudlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, O. Xurşudlu 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Yasamal rayon 29-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il iyunun 22-də Orxan Mürsəlovun 70 manat pulunu quldurluq yolu ilə almış Şirvan şəhər sakini Orxan Xurşudlu tutulub./APA/
MediaFax