Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Azad Camalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Camalov 8 il müddətində azadlıqdan məhrum edilib.
Qeyd edək ki, A. Camalov Bakı şəhər sakini Ramidə Məmmədovanın 70 manatını və sənədlərini soyğunçuluq yolu ilə ələ keçirib./apa.az/
MediaFax