7 otaqlı ev 2 maşınla birlikdə yandı

Şirvanda yanğın hadisəsi qeydə alınıb.
 
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 306 m2 olan birmərtəbəli 7 otaqlı evin zirzəmisində baş verib. Nəticədə zirzəmidəki 2 ədəd "QAZ” markalı minik avtomobillərinin yanar hissələri və 4 otağın yanar konstruksiyaları 153 m2 sahədə yanıb.
 
Evin qalan hissəsi yanğından mühafizə olunub.  

MediaFax