Bərdədə məcburi köçkün intihar edib.
Rayon Polis Şöbəsindən verilən məlumata görə, Ağdam rayonundan olan məcburi köçkün, 61 yaşlı Səidə Eminova yaşadığı binanın 7-ci mərtəbəsindən özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerində keçinib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır./APA/
MediaFax