Balaca istedad görənləri heyran qoyur.
Seyfullahəli yaşının az olmasına baxmayaraq, riyazi hesablamaları kalkulyatordan əvvəl hesablayıb deyir.
Seyfullahəlini yaşıdlarından fərqləndirən uşaq yaşından riyazi biliyinin güclü olmasıdır. O, riyazi əməliyyatları saniyələr ərzində, hətta kalkulyatrodan əvvəl hesablayır. 15 ədəd 2 rəqəmli ədədi barmaqları ilə qısa müddətdə toplamağı bacarır.
Seyfullahəlinin valideynləri ondakı bacarığını, güclü yaddaşını 5 yaşında olarkən kəşf ediblər. Bundan sonra barmaqla hesablama metodunu öyrənmək üçün o, müəllim yanına göndərilib. Yaşıdların 1 ilə öyrəndiyi proqramı Seyfullahəli 7 aya başa vurub. Bunda isə ona güclü hafizəsinin olması kömək edib.
Seyfullah təkcə toplama-çıxmanı deyil, barmağı ilə iki rəqəmli ədədləri biri-birinə, eyni zamanda 4 rəqəmli ədədi tək rəqəmə vura bilir. Ailəsi Seyfullahəliyə bu biliyini daha da inkişaf etdirməkdə dəstək olur. Arzuları isə balaca istedadın gələcəkdə kimyagər olmasıdır./ARB TV/
MediaFax