2016-cı ildə 5 mindən çox mühacir Aralıq dənizinı keçməyə cəhd göstərərkən həyatını itirib, 363 min nəfər isə Avropaya çatmağa müvəffəq olub.
Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.
Ölüm halları ən çox İtaliyaya keçməyə cəhd edən mühacirlər arasında qeydə alınıb – 4,5 min nəfər.
"ЕС Frontex” sərhədyanı agentliyinin ilkin məlumatına əsasən, 2016-cı ildə Yunanıstana gələn mühacirlərin sayı bir il əvvəlkinə nisbətən 79 faiz (182,5 min nəfər) azalıb. Agentlik bunu Türkiyə və Avropa İttifaqı arasındakı sazişlə, həmçinin Balkan marşrutunda sərhəd nəzarətinin gücləndirilməsi ilə əlaqələndirir.
Eyni zamanda, mərkəzi Aralıq dənizi marşrutu ilə İtaliyaya keçən mühacirlərin sayı 181 min nəfərə qədər artıb ki, bu da bütün müşahidələr ərzində ən yüksək göstəricidir./AZƏRTAC/
MediaFax