5 ildən sonra Hələbdə bir ilk

Suriyanın Hələb şəhərində 5 ildən sonra ilk dəfə futbol matçı keçirilib.
 
Görüşdə "Əl İttihad” və "Əl Hürriyə” klubları üz-üzə gəliblər.

Oyun yüksək təhlükəsizlik tədbirləri çərçivəsində keçirilib.

90 dəqiqənin sonunda sevinən tərəf "Əl İttihad” klubunun futbolçuları olub: 2-1

Qeyd edək ki, Hələb ötən ilin dekabrından aparılan hərbi əməliyyatlar nəticəsində terrorçulardan təmizlənərək hökumətin nəzarətinə keçmişdi./axar.az/

MediaFax