"Qarabağ"ın və Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov daha bir sorğuda ilin futbolçusu seçilib.
35 yaşlı müdafiəçi "Futbol+" qəzetinin ənənəvi sorğusunda 2016-cı ilin ən yaxşı futbolçusu olub.
Bununla da Sadıqov 5-ci dəfə ölkəsinin ən yaxşısı olub. Bunadək Rəşad 2004, 2005, 2010, 2013-cü illərdə "Futbol+" sorğusunun qalibi adını qazanıb. Bu dəfə səsvermədə 177 nəfər iştirak edib və Sadıqova səs verib.
Xatırladaq ki, Rəşad daha öncə İdman Araşdırmalar Mərkəzinin səsverməsində 2016-cı ilin ən yaxşı futbolçusu seçilib./qol.az/
MediaFax