40 kilo sarımsağın güdazına getdi

Lənkəran sakini 40 kiloqram sarımsaq oğurlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 29-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində Abşeron rayon sakini Niyaməddin Tağıyevə məxsus 40 kiloqram sarımsağı soyğunçuluq ilə aparan naməlum şəxs Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu PB-yə təhvil verilib.

Araşdırmalar zamanı onun Lənkəran rayon sakini Seyran Hüseynov olması müəyyən edilib. 

MediaFax