34 yaşlı ana pulsuzluqdan özünü asdı - Açıqlama

Salyan rayonunun Sarvan kəndində baş verən intihar olayının bəzi təfərrüatları məlum olub.

Rayon Prokurorluğundan verilən məlumata görə, Yasəmən Kərimovanı intihara sürükləyən səbəb onun maddi sıxıntılar içərisində yaşaması olub: "Yasəmən Kərimova ailəlidir, bir qızı var. Həyat yoldaşı Bakıda işləyir. Dünən yaşadığı evin həyətindəki yarımçıq tikilidə özünü asıb. Qonşuları və ailə üzvlərinin dediyinə görə Yasəmən Kərimova maddi çətinliklər ucbatından özünü asıb”.

Qeyd edək ki, avqustun 1-də Salyan rayonunda intihar hadisəsi qeydə alınıb. Rayonun Sarvan kənd sakini, 1982-ci il təvəllüdlü Yasəmən Kərimova özünü yaşadığı ünvanda asıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir./aznews.az/

MediaFax