3 uşaq anası niyə intiharı seçib? - Yenilənib

12:25 
 
Qobustan rayonunda gənc ana intihar edib.
 
Ərəbşalbaş kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədova İntizar Qafur qızı yaşadığı evdə özünü kəndirlə asıb.
 
Üç uşaq anası olan İntizar Məmmədovanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
 
Faktla bağlı Qobustan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./APA/
 
------------
14:00 
 
Qobustan rayonunda yaşayan 25 yaşlı ananın intiharının səbəbləri məlum olub.

Rayonun Ərəbsalbaş kəndinin bələdiyyəsi Ramiz Rəhmanov saytımıza açıqlamasında bildirib ki, İntizar Məmmədova iki ilə imiş ki, vərəm xəstəliyindən əziyyət çəkirmiş: "Atası ilə danışdım. Dedi ki, xəstə olub. Xəstəlik ağırlaşanda özünü idarə edə bilməyib. İnsan həyatdan küsəndə nə istəsə edə bilir. İntizar sentyabrın 26-da intihar edib və dünən torpağa tapşırılıb. Onun gözəl ailəsi, uşaqları və həyat yoldaşı var. Həyat yoldaşı ailəcanlı, işgüzar şəxsdir. Ailə vəziyyətləri də yaxşı olub”.

Bələdiyyə sədri qeyd edib ki, İ.Məmmədovanın 10 yaşında uşağı var: "Bu ailəyə cavan demək olmaz. 10 ildir ki, həyat yoldaşı ilə yol gəlir. Əgər ailədə problem olsaydı çoxdan bilinərdi”.

Qeyd edək ki, Qobustan rayonunda Ərəbşalbaş kəndində intihar hadisəsi olub. Kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədova İntizar Qafur qızı yaşadığı evdə özünü kəndirlə asıb./aznews.az/
 
MediaFax