Naxçıvan ərazisində iqlim dəyişməsinin daha fəsadlı nəticələrlə özünü göstərəcək
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti büro iclası keçirilib. AMEA-dan verilən xəbərə görə, tədbirdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev "İqlim dəyişiklikləri və Azərbaycanda yeraltı sulardan istifadə məsələləri" mövzusunda elmi məruzə ilə çıxış edib.
O bildirib ki, havanın temperaturunun artması nəticəsində 2030-cu ildə 3 milyarddan artıq insan su problemi ilə qarşılaşacaq, ekoloji gərginlik müxtəlif fəsadlarla gündəmə gələcək: "Azərbaycanda isə Naxçıvan ərazisində iqlim dəyişməsinin daha fəsadlı nəticələrlə özünü göstərəcək. Azərbaycanın su ehtiyatlarının 75 faizi Kür və Araz çaylarının hesabına təmin olunur. Bu çaylar Ermənistan və Gürcüstan tərəfindən ekoloji çirklənməyə məruz qaldığından ölkədə təmiz su mənbəyi azalır. Problemin həlli yolu isə ekoloji cəhətdən təmiz və yüksək potensiala malik kəhrizlərin bərpasıdır”./APA/
MediaFax