ABŞ-ın Arizona ştatında səhrada uzunluğu 3 kilometrə, dərinliyi bir neçə metrə çatan nəhəng yarğan əmələ gəlib.
Yerli geoloji xidmətin mütəxəssisləri pilotsuz uçuş aparatı vasitəsilə quş uçuşu hündürlüyündən bu təəccüblü təbii hadisəni çəkiblər.
"Daily Mail”in yazdığına görə, bu yarğan Tator Hills rayonunun Pinal qraflığının cənubundadır. Kadrlardan da yarğanın böyüklüyü aydın görünür, onun yaxınlığında dayanan insanlar yarğanın fonunda çox kiçik görünürlər. Çatlamış torpağın nə qədər dərinə getdiyini isə müəyyən etmək çətindir.
Arizona səhrasında çat hələ 2013-cü ilin martında yaranmağa başlayıb, 2014-cü ilin payızında isə güclü yağışlar nəticəsində daha da böyüyüb və dərinləşib.
Arizona geoloji xidmətinin əməkdaşı Co Kukun sözlərinə görə yarğanın cənub hissəsi yenidir. Görünür, orada daha əvvəl yeraltı boşluq olub və 2016-cı ildə mussonlardan sonra səth aralanıb.
Geoloji xidmət idarəsində Arizona ştatında yarğanların tez-tez əmələ gəldiyini söyləyirlər. Belə yarğanlar ilk dəfə 1929-cu ildə aşkar edilib. Bu əraziyə gələn turistlər və yerli fermerlərin mal-qarası üçün təhlükəli hesab olunurdu./virtualaz.org/
MediaFax