Azərbaycan prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:
Hüseynova Fidan Yaqub qızı – Bakı şəhər T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
Məmmədov Əli Zaur oğlu – ABŞ, Nyu-York Manhetten Musiqi Məktəbinin tələbəsi
Məsimov Nicat Rafiq oğlu – Azərbaycan Milli Konservatoriyasının tələbəsi
MediaFax