Bakıda intihara cəhd olub.
Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Qobustan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Samirə Əli qızı Məmmədova yaşadığı evin qapıları qıfıllayaraq təbii qaz xəttini açıb.
O, daha sonra Daxili İşlər Nazirliyinin "102” xidmətinə zəng edərək bu yolla intihara əl atdığını deyib.
Dərhal hadisə yerində polis əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb. Qapını sındıraraq evə daxil olan polis əməkdaşları S. Məmmədovanı huşsuz vəziyyətdə aşkar ediblər. O, dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti normaldır.
MediaFax