Türkiyədə yenə zəlzələ oldu - Yenilənib

18:18 
 
Türkiyənin Çanaqqala şəhərində zəlzələ baş verib.
 
"Hürriyet”in verdiyi məlumata görə, Türkiyə vaxtı ilə saat 16:14-də baş verən 4 maqnitudalı yeraltı təkanların ocağı 15,29 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar haqda məlumat yoxdur./qafqazinfo.az/
 
-------------
18:51
 
Bu gün saat 17:48 radələrində Türkiyədə 5,3 maqnitudalı zəlzələ olub.
 
"Hürriyet” qəzetinin verdiyi məlumata görə, Türkiyə Təbii Fəlakət və Fövqəladə Vəziyyət İdarəetməsi Nazirliyi zəlzələnin ocağının Çanaqqala rayonunun Ayvacıq qəsəbəsində, 20.81 km dərinlikdə olduğunu açıqlayıb.
 
Zəlzələ Çanaqqala iilə bərabər Bursa, İzmir, İstanbul rayonlarında da hiss edilib.
 
Qeyd edək ki, bundan öncə bu gün saat 16:14 radələrində Çanaqqalada 4 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin ocağı 15.29 km dərinlikdə yerləşib./APA/

MediaFax