Bu gün əməliyyatımdan bir ay ötdü, hazırda evdəyəm, arada həkimə gedirəm.
Bu sözləri bir müddət əvvəl böyrək əməliyyatı keçirən aktyor Rəhim Rəhimov səhhəti haqda Kult.az-a danışarkən deyib. O, hazırda özünü yaxşı hiss etdiyini bildirib:
"Yaxşıyam, amma evdən çölə çıxmağıma icazə yoxdur. Yanıma yoldaşımdan başqa heç kimi buraxmırlar, o da maska ilə girir yanıma. Çünki immunitetim çox zəifdir, qrip kimi infeksiyalar keçə bilər. İşə isə yəqin ki, 4-5 aya çıxa biləcəyəm”.
Qeyd edək ki, bir müddət əvvəl böyrək çatışmazlığından əziyyət çəkən Rəhim Rəhimova böyrək köçürülmüşdü./kult.az/
MediaFax