Etirazların davam etdiyi Rumıniyadan daha bir istefa xəbəri gəlib.
Rumıniya ədliyyə naziri Florin Yordake istefa verdiyi açıqlayıb.
"İstefa ərizəmi yazmağa qərar verdim. Bu günə qədər gördüyüm bütün işlər qanuni idi”, - deyən Yordake "korrupsiyaya görə tutulanların əfv olunması” ilə bağlı təklif olunan qanun layihəsinin əsas yaradıcılarından biri idi.
Qeyd edək ki, yeni qanun layihəsində 5 ildən az həbs cəzası alan məhkumların və korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərindən həbs olunan məmurların əfvi nəzərdə tutulmuşdu. Lakin xalqın etirazından sonra hökumət bu qanun layihəsini ləğv edib. Buna rəğmən, xalq etirazlarını davam etdirir.
Etirazların nəticəsi kimi, daha əvvəl Rumıniyanın ticarət naziri Florin Jianu Feysbuk səhifəsində istefa verdiyini açıqlayıb./axar.az/
MediaFax