Türkiyədən yenə şəhid xəbəri gəldi

Türkiyə Ordusunun Suriyanın şimalında İŞİD-ə qarşı keçirdiyi "Fərat Qalxanı” əməliyyatında iştirak edən 5 türk əsgəri şəhid olub.
 
Anadolu Agentliyinin verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
 
İŞİD terrorçularının Türkiyə hərbçilərinin olduğu sahəyə hücumu nəticəsində daha 9 türk hərbçisinin yaralandığı bildirilib.
 
Qeyd edək ki, Türkiyə ordusu Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq "Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirir.
 
Əməliyyat 150 gündür davam edir./APA/

MediaFax