Gənc qız özünü binadan atdı - Bakıda

Bakıda gənc qız özünü binanın 4-cü mərtəbəsindən atıb.
 
Hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 21 yaşlı F.S. İnşaatçılar prospektindəki 38 nömrəli binanın 4-cü mərtəbəsindən özünü atıb. Yaralı binada yaşayanların köməkliyi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları F.S.-in intihar etmək məqsədilə özünü binanın 4-cü mərtəbəsindən atdığını müəyyənləşdiriblər.

Faktla bağlı araşdırma aparılır./report.az/

MediaFax