Dəhşətli qətlin Təfərrüatı...

Gədəbəy rayonunda oğlu tərəfindən qətlə yetirilən Nərgiz Məmmədovanın ölümünün bəzi təfərrüatları məlum olub.

Ərtəpə kənd sakinlərinin saytımıza verdiyi məlumata görə, hadisə dekabrın 2-də gecə saatlarında baş verib: "Nərgiz ananın 80, oğlu Yaqubun isə 52 yaşı var. Onlar ana-bala bir evdə yaşayırlar. Yaqubun ailəsi, uşaqları var. Problemli bir ailədir. Yaqub həmişə sərxoş olur, spirtli içkilərə meyllidir. Ananın neçə öldürülməsini istintaq müəyyən edəcək”.

Gədəbəy rayonunda oğul anasını döyərək öldürüb. Rayonun Ərtəpə kəndində yaşayan Yaqub Məmmədov evində münaqişə zəminində anası Nərgizi döyüb. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb./aznews.az/

MediaFax