2017-ci ildə Azərbaycan iqtisadiyyatını nə gözləyir? - RİSKLƏR

Gələn il üçün Azərbaycan iqtisadiyyatı qarşısında duran risklər açıqlanıb.
 
"APA-Economics” xəbər verir ki, Milli Məclisin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsində iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib ki, xarici konyukturdakı qeyri-müəyyənliklər, əsas ticarət tərəfdaşlarının iqtisadiyyatlarının hələ də zəif bərpa templəri və bu fonda Mərkəzi Bank tərəfindən sərt monetar siyasətinin həyata keçirilməsi, fiskal konsolidasiya, bank sektorunda sağlamlaşdırma tədbirlərinin hələ də davam etməsi növbəti ildə iqtisadi inkişaf qarşısında duran əsas risklərdir. 
 
"Koordinasiyalı və sistemli islahatlar, bank sisteminin sağlamlaşdırılması və səmərəli fəaliyyətinin təmin olunması, onlara inamın bərpa olunması, valyuta bazarında gözləntilərin səmərəli idarə olunması, idxalın məhdudlaşdırılması, əlavə xarici şokların olmaması növbəti ildə inflyasiyanın birrəqəmli olması və iqtisadi artımın bərpası əsas amillərdəndir”, - deyə nazir müavini vurğulayıb.

MediaFax