2017-ci il uğurlu il olmayacaq - Deputat

"2017-ci il dünya iqtisadiyyatı üçün uğurlu il olmayacaq”.

Bunu saytımıza açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatının əsasını neftin qiyməti təşkil edəcək:

"Amerika Birləşmiş Ştatlarının yeni dövlət başçısı yanvarın 20-də fəaliyyətə başlayır. Bu o deməkdir ki, Amerika nefti dünya bazarına çıxacaq və neftin qiymətində müəyyən problemlər yaranacaq. Bu problem dünya iqtisadiyyatına təsir edəcək, o cümlədən Amerika valyutası olan dollar bahalaşacaq. Bu bahalaşma isə bütün dünyanın iqtisadiyyatına mənfi təsir edəcək”.

Vahid Əhmədov bu ilin Azərbaycan iqtisadiyyatı üçün də uğurlu olmayacağını deyib:

"Azərbaycanda da kadr islahatları aparılması planlaşdırılıb. Bu islahatları aparmaq üçün yeni hökümət formalaşmalıdır. İlin birinci yarısı təlatümlü olsa da, ikinci yarısı üçün müsbət addımlar atılacaq”./aznews.az/

MediaFax