Çörəyin içindən elə şey çıxdı ki... - Foto

Bakıda çörəyin içindən tərkibi məlum olmayan kənar cisim, murdar nəsə olduğu açıq görünən kütlə çıxıb.

Xırdalan şəhəri, 26-cı məhəllə açılan "Oba” marketdən alınıb. Çörək sexində çalışmış və bu sahədə təcrübəsi olan şəxslərin sözlərinə görə, çörəyin içərisindən çıxan həmin kütlə çox güman ki, siçan və ya pişik nəcisidir: "Təmizliyin olmadığı sexlərdə belə hallara rast gəlinir”.

Çörək xüsusi kağızda qablaşdırılımış şəkildə satılır. Və elə həmin kağızdan məlum olur ki, çörək Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində yerləşən "Binə çörək zavod”una məxsusdur.

Məsələyə münasibət bildirən "Binə çörək zavod”unun satış müdiri Xanlar Əzimov saytımıza deyib ki, onlara məxsus olan çörəyin içindən nəyinsə çıxması mümkün deyil: "Belə hal ola bilməz. Bizə inidiyə kimi bu cür hallarla bağlı şikayət daxil olmayıb. Çörək kağızının da üstündə əlaqə nömrələrimiz var. Belə hal olan kimi bizimlə əlaqə saxlamaq lazımdır. Əgər belə hal varsa, bizə müraciət edilsin. Bizdə həmin çörəyin tərkibini yoxlamaq üçün laboratoriyaya müraciət edib məsələni aydınlaşdıraq. Çünki çox vaxt başqa çörəyi bizim paketə qoyurlar. Sonrada deyirlər ki, Binə çörəyindən çıxıb”.

Xanlar Əzimov qeyd edib ki, bir necə dəfə belə hadisə olub: "Bizdə həmin şəxsləri məhkəməyə vermişik. Məlum olub ki, içindən lazımsız nəsə çıxan bizim zavodun çörəyi deyil. Laboratoriya da bizim çörək olmadığı bilinir. Hətta təndir çörəyindən belə nəsə çıxanda deyirlər Binə çörəyidir. Halbuki biz təndir çörəyi bişirmirik.

Ümumiyyətlə, çörəklərin altından bilinir ki, o bizim çörəkdir ya yox. Çünki hər zavodun çörəyinin alt hissəsi ayrı olur”.

Azad İstehlakçılar Birliyinin sədri (AİB) Eyyub Hüseynov saytımıza bildirib ki, gigiyenik qaydalara əməl olunmadığı təqdirdə çörəyin tərkibindən kənar cisim maddə çıxa bilər: "Bizdə "Qida Təhlükəsizliyi haqda qanun” yoxdur. Qanun olmayan yerdə də həmişə cinayət olur. Belə olan halda çörəyin içindən hər şey çıxmasını gözləmək olar.

Bu yaxınlarda məni çörək istehsal edən müəssisəyə çağırmışdılar. Orada gördüm ki, xanımlar çörək kündələyəndə qulaqlarında sırğa, boyunlarında muncuq, əllərində üzük var. Heç çörək bişirən xanımlar bu cür vəziyyətdə işləyə bilərmi? Əgər çörək və ya qida məhsulunun tərkibinə kənar cisim düşürsə artıq orda heç bir gigiyenik tələblərdən danışmaq olmaz. Bizdə bu cür çoxlu nümunələr var”./bakipost.az/
 



MediaFax