Dollar bahalaşdı - Sabahkı məzənnə

Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 16-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,5% artaraq 1,7039 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, bu gün 1 dollar 1,6954 manat olub.
 
Xatırladaq ki, bu gün AMB-də Azərbaycan Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,6954 məzənnəsi ilə başlayıb və 1,7024 məzənnəsi ilə yekunlaşıb.

MediaFax