170 min manatlıq tikinti materialı aldı - Pulunu vermədi

Abşeron rayon sakininə qarşı 170 min manatlıq dələduzluq edilib.

Report-un xəbərinə görə, rayon sakini 1975-ci il təvəllüdlü Sadıq Xəlilov Binəqədi Rayon Polis İdarəsinə (RPİ) ərizə yazaraq bildirib ki, 2014-cü ilin noyabr ayından 2016-ci ilin avqust ayınadək Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Mikayıl Vəliyev onu aldadaraq 170 min manat dəyərində tikinti materiallarını alıb, lakin pulunu ödəməyib.

Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır

MediaFax