Lənkəranda bu gün günorta saatlarında Xəzər dənizinin şəhərin "Kiçik bazar" ərazisində çimərkən batan şəxsin meyiti tapılıb.
Batan şəxsin rayonun Göyşaban kənd sakini, 15 yaşlı Elmar Eldar oğlu İslamzadə olduğu məlum olub.
Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır./APA/
MediaFax