Dünyanın ən qocaman sakini indoneziyalı Salarman Sodimedjo dekabrın 31-də 146 yaşını qeyd edib.
Daily Mail-in verdiyi xəbərə görə, S.Sodimedjonun sənədlərinə əsasən, o, 1870-ci ildə anadan olub&
Planetin ən yaşlı sakini doğum gününü Yava adasında qohumlarının yanında qeyd edib.
Ahıl yaşında olmasına baxmayaraq, Salarman Sodimedjo hələ də müstəqil şəkildə hərəkət edir.
Qeyd edək ki, hazırda dünyanın ən yaşlı qadını italiyalı 117 yaşlı Emma Moranodur./APA/
MediaFax