"Real”ın yarımmüdafiəçisi Xames Rodriges Çindən təklif alıb.
"Xebay Çayna Forçun” klubu kolumbiyalı futbolçuya illik 30 milyon avro əmək haqqı təklif edib. Bu isə Xamesin hazırkı məvacibindən 10 dəfə çoxdur. Lakin gənc futbolçu çinlilərin təklifi geri çevirib.
"Xebay Çayna Forçun” Rodrigesin keçidi üçün "Real”a 110 milyon avro ödəməyə hazır idi./qol.az/
MediaFax