Keçirdiyi ağır əməliyyatdan sonra pəhrizə başlayan 24 yaşlı gənc oğlan 110 kilo arıqlayaraq hər kəsi təəccübləndirib.
Türkiyənin Qocaeli vilayətinin Gölcük rayonunda yaşayan Şəfəq Qaraqaya adlı gənc oğlanın çəkisi 15 yaşından sonra sürətlə artaraq 202 kilo olub.
Oğlanın sözlərinə görə, bir neçə il əvvəl yaxın dostu mədə kiçiltməsi əməliyyatı nəticəsində xeyli arıqlayıb və bundan sonra o da əməliyyat etdirmək qərarına gəlib. Müayinə nəticəsində isə gənc oğlanın mədəsində xora olduğu aşkarlanıb.
Əməliyyatdan sonra pəhriz və idmanla paralel məşğul olan gənc oğlan 110 kilo arıqlayaraq 92 kiloya düşüb. O, buna öz iradəsi ilə nail olduğunu bildirib.
Arıqlamaq istəyənlərə mütəmadi olaraq idman və pəhrizi tövsiyə edən gənc hazırda özünü çox xoşbəxt hiss etdiyini deyib./axar.az/
MediaFax