11-ci sinif şagirdi özünü binadan atdı - Yenilənib

10:27 
 
Abşeronda intihar hadisəsi baş verib.
 
Rayon Prokurorluğundan verilən məlumata görə, Xırdalan şəhər sakini, 2000-ci il təvəllüdlü Fərrux Ağakişi oğlu Əsədli özünü yaşadığı Rəsulzadə küçəsindəki 1 saylı binanın damından atıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.
 
Məlumata görə, F. Əsədli Xırdalanda yerləşən 1 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır./APA/
 
-----------
17:22 
 
Xırdalandakı 1 saylı orta məktəbin 11-ci sinif şagirdi Əsədli Fərrux Ağakişi oğlunun in intihar etməsinə səbəb sevdiyi qızdan rədd cavabı alması olub.
 
Salamnews-un əldə etdiyi məlumata görə, intihar edən məktəblinin üzərindən sevdiyi qıza yazdığı məktub çıxıb.

Qeyd edək ki, Fərrux Əsədlinin oxuduğu 1 nömrəli tam orta məktəbin direktoru Kəmalə Yusifova sayta intihar edən şagirddən razılığını bildirib: "Fərrux sevimli şagirdimiz olub. O bu il universitetə qəbul olunmağa hazırlaşırdı. Amma son 2 gündə dərsə gəlməyən Fərrux ötən gün səhər saatlarında yaşadığı binanın damından özünü ataraq intihar edib".

Qeyd edək ki, intihar edən yeniyetmənin valideynləri əslən Qubadlı rayonundandır.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
 
MediaFax