104 min dollarını alıb qaytarmadılar - Bakıda

Bakı şəhər sakininə qarşı 104 min dollarlıq dələduzluq edilib.
 
1964-cü il təvəllüdlü A.Əliyev Binəqədi Rayon Polis İdarəsinə ərizə yazaraq bildirib ki, 2007-ci ilin aprel ayında 1968-ci il təvəllüdlü N.İsmayılov onu aldadaraq 104 000 ABŞ dollarını alıb və geri qaytarmayıb.

A.Əliyev qeyd edib ki, N.İsmayılov onu ev satmaq adı ilə aldadıb.

Faktla bağlı araşdırma aparılır./report.az/

MediaFax