Bakıda 10 yaşlı uşaq faciəli şəkildə ölüb.
Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, hadisə noyabrın 12-də rayonun Pirşağı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 10 yaşlı Nurlan Bədəllinin üzərinə həyətlərindəki dəmir darvaza düşüb. Nəticədə uşaq aldığı xəsarətdən noyabrın 17-də xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır./APA/
MediaFax