Səs-küylü ölüm faktı: “Səhv vurulan iynə bədəninə düşmədi” - Yenilənib

16.09.2016 
09:38 
 
Zərdaba 10 gündür gəlin gələn qadın müəmmalı şəkildə dünyasını dəyişib.
 
Hadisə bu gün axşam saatlarında baş verib.
 
Ağsu rayonundan 10 gündür ki  Zərdab rayonunun Məmmədqasımlı kəndinə gəlin gələn 1990-cı il təvəllüdlü Pərvanə Bulud qızı Zərbəliyeva ağır vəziyyətdə rayonun mərkəzi xəstəxanasına gətirilib. Xəstəxanadan verilən məlumata görə, şok vəziyyətdə xəstəxanaya daxil olan P. Zərbəliyevaya ilkin tibbi yardım göstərilib.
 
Yaxınlarının təkidi ilə xəstə şəxsi maşınları ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Ucar Mərkəzi Rayon  Xəstəxanadan verilən məlumata görə , mərhum xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
 
Faktla bağlı araşdırma aparılır./APA/
 
--------------
11:38
 
"Zərdab rayonunda 10 gündür ailə quran 26 yaşlı Pərvanə Zərbəliyevada qan xəstəliyi olub. Bu səbəbdən, ona ailə qurmaq olmazmış. Gənc qadının vəziyyəti qəfildən pisləşib və həyatını xilas etmək mümkün olmayıb”.

Bu barədə dünyasını dəyişən gəlinin yaşadığı Məmmədqasımlı kənd bələdiyyəsindən məlumat verilib. Mənbənin məlumatına görə, P.Zərbəliyeva həyat yoldaşı tərəfindən qaçırılsa da, valideynlər razılığa gələrək 10 gün əvvəl onlara toy ediblər.

"Onda uşaqlıqdan qan xəstəliyi olub. Həkimə aparıblar, deyib ki, Ucar rayon xəstəxanasında müayinələrdən keçin. Müayinə də ediblər. Amma ona ailə qurmaq olmazmış. Görünür, bu səbəbdən dünyasını dəyişib”.

Zərdab Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ruslan Nemətov da faktı təsdiqləyib. Baş həkimin sözlərinə görə, xəstə xəstəxanaya gətirilən zaman can verib: "Xəstəxanaya çox ağır vəziyyətdə gətirdilər. Artıq bura gələndə can verirdi. Qohumları gəlib xəstəxanada dava-dalaş salıb, götürüb apardılar. Yolda da keçinib. Ölüm səbəbini bilmirik”, - deyə baş həkim bildirib./virtualaz.org/
 
----------------
17.09.2016 
10:06 

Zərdab rayonunda 10 günün gəlini olan Pərvanə Bulud qızı Zərbəliyevanın ölümünün bəzi təfərrüatları məlum olub.

Zərdab rayon Mərkəzi Xəstəxanasından saytımıza verilən məlumata görə, gəlin qan xərçəngi olub: "Pərvanə qoşulub qaçıb. Qızın ailəsi Pərvanənin xəstə olduğunu oğlan evindən gizlədib. Sentyabrın 5-də toyu olub. Toydan sonra Pərvanənin ağrıları artıb, temperaturu qalxıb. Ailə üzvləri onu müayinə üçün kənd həkiminə aparıb. Həkim gəlinə 3 ağrıkəsici vurub”.

Mənbənin sözlərinə görə, növbəti gün ağrılarının çoxaldığını görən gəlin özü-özünə ağrıkəsici vurub: "Pərvanə bu ağrıkəsiciləri ayağından vurub. İynələr isə ona pis təsir edib və vəziyyəti daha da pisləşib. Gəlin xəstəxanaya daxil olanda rəngi ağappaq idi, özü də sanki lal olmuşdu, danışa bilmirdi. Həkim ona iynə vuranda dərisi qopurdu”.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Pərvanə Bulud qızı Zərbəliyeva ağır vəziyyətdə Zərdab rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, şok vəziyyətdə xəstəxanaya daxil olan P. Zərbəliyevaya ilkin tibbi yardım göstərilib.

Yaxınlarının təkidi ilə xəstə şəxsi maşınları ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Ucar Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, mərhum xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib./aznews.az/ 
 
-------------
14:20 
 
"Həkimlərin səhvi ucbatından gəlinimi itirdim”.

Mediafax.Az "Zerdab.com”a istinadən xəbər verir ki, bu sözləri müəmmalı şəkildə dünyasını dəyişən 10 günlün gəlini Pərvanə Zərbəliyevayanın qaynatası Medik Salıyev  bildirib.

Onun sözlərinə görə, gəlini Zərdab rayon Xəstəxanasında səhv vurulan iynə nəticəsində dünyasını dəyişib: "Oğluma təmtəraqlı toy etmişdik. Heç bir problem yox idi. Gəlin sağlam idi. Onun əvvələr səhhətində problem olmayıb. Toydan beş gün sonra ayaqlarında yüngül ağrılar yaranmağa başladı. Dərhal qızı Zərdab rayon Mərkəzi Xəstəxanasına apardıq. Gəlin özünü yaxşı hiss edirdi. Xəstəxanada ona iynə vurdular. İynədən sonra bədəni göyərməyə başladı. Bizə dedilər ki, gəlini təcili Ucar rayon Mərkəzi Xəstəxanasına aparın. Ucara yola düşəndə qız maşında dünyasını dəyişdi. Hər şey o iynədən sonra baş verdi. Səhv vurulan iynə onun bədəninə düşmədi, şok keçirdi”.

M.Salıyev hazırda gəlinin cənazəsini ata yurduna aparıldığını dedi: "Orada dəfn olunacaq. Hadisə ilə bağlı prokurorluq və polis oraqlanarı tərəfindən hadisə araşdırılır”.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Pərvanə Bulud qızı Zərbəliyeva ağır vəziyyətdə Zərdab rayon Mərkəzi Xəstəxanasına aparılıb. P. Zərbəliyevayaya ilkin tibbi yardım göstərilsə də yaxınlarının təkidi ilə xəstə şəxsi maşınları ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Amma o yolda dünyasını dəyişib.

MediaFax