Donald Tramp təxminən 130 il sonra ilk ABŞ prezidenti olacaq ki, Ağ Evdə onu müşaiyət edən iti olmasın.
Belə ki, indiyə kimi əksər Amerika prezidentlərinin ən azından bir iti olub. Məsələn, ən sonuncu keçmiş prezident Obamanın Sanni və Bo adında iki iti var idi, Cor Buşun və Bill Klintonun da prezidentlik dövrlərində Ağ Evdə bir neçə itləri olub.
Trampdan əvvəl iti olmayan sonuncu prezident isə Viliyam Makkenli (1843 – 1901) olub. O, prezidentliyinin ikinci ilində sui-qəsd nəticəsində yaralanaraq qanqrenadan ölüb. Prezidentlərin ev heyvanları muzeyinin bildirdiyinə görə, Makkenlinin iti olmasa da pişikləri, xoruzları və popuqayları olub.
Deyilənə görə, Tramp da it saxlamağa hazırlaşır. Əslində bilinmir ki, Tramp itlərin qayğısına qalır ya yox. Baxmayaraq ki, Tramp "tvitter"in mütamadi istifadəçisi hesab edilir, onun itlər barədə tvitterdən yazdıqları ancaq rəqiblərini itlərə bənzətməsi ilə əlaqədar olub. Belə ki, o, keçmiş tvitlərində rəqiblərini "it" adlandırmaqdan belə çəkinməyib. Buna qarşı hətta "Daily Dot" saytında məqalə də yazılmışdı ki, Donald Tramp ümumiyyətlə itlərin nə olduğu barədə heç bir bilgiyə malik deyil.
Prezident Vudro Vilson (1913-1921) bir dəfə itlərin insanın xarakterinə qiymət verdiyini qeyd edib. "Əgər it sənin üzünə baxdıqdan sonra arxanca gəlmirsə, deməli, sən evə getməli və vicdanını sorğulamalısan" deyə Vilson bildirib. Əslində onun da ilk prezdentlik dövründə iti olmayıb, lakin sonradan ikinci dəfə seçildikdən sonra Ağ Evdə it saxlayıb. Trumen da itləri sevməyib, bununla belə ona hədiyyə edilən itlərə Ağ Evin çalışanları baxıblar.
Ümumiyyətlə, Ağ Evdə prezidentlərin hər zaman müxtəlif heyvanları olub. Məsələn, ABŞ-nın üçüncü prezidenti Tomas Cefferson it saxlamasa da iki dönəmlik prezidentlik dövründə quşlar və iki dənə balaca ayı saxlayıb.
Ağ Evin ev heyvanları muzeyi iddia edir ki, iti olmayan prezidentlər "şanslı" deyil, çünki onları qoruyan dörd ayaqlı dostu olmur. Lakin qeyd edək ki, 1963-cü ildə qətlə yetirilən ABŞ preziedenti Kennedinin dörd iti olub.
Trampın itinin olmaması ətrafında gedən arqumentlərdən ən kəskin münasibəti isə "İnsan Cəmiyyəti" bildirib. Cəmiyyət Trampın "heyvanların düşməni" adlandırıb. Buna səbəb onun ətraf mühitlə bağlı siyasəti, eyni zamanda oğlanlarının ovdaykən çəkdirdiyi şəkillər olub./musavat.com/
MediaFax