Özünü güllələyən qızın atası danışdı: “Ruhi xəstədir”

Astara rayonunda özünü güllələyən 15 yaşlı qızın atası hadisəyə aydınlıq gətirib.

Polad Əliyev saytımıza açıqlamasında qızının ruhi xəstə olduğunu deyib:

"Qızılgül xəstədir. Dəfələrlə psixoloji müalicə alıb, özü də qeydiyyatdadır. Bununla bağlı sənədləri var. Bu xəstəlik onda anadangəlmə deyil, sonradan yaranıb. Xəstə olduğu üçün məktəbdən çıxartdım.”

Polad Əliyev hadisə zamanı qızının evdə tək olduğunu bildirib: 

"Ata-babadan yadigar evdə tüfəng var. Bu da evdə tək olanda qurğuşunu götürüb tüfəngə qoyub, sonra da çəkib. Mənim qızım uşaqdır. Onun məcburi kiməsə ərə veriləcəyi ilə bağlı məlumatlar yalandır. Bizim ailədə belə bir söhbət olmayıb”./aznews.az/

MediaFax