Ziya Məmmədovun başçı qohumundan Şikayət var

Ucarın Abbas Səhhət küçəsinin sakinləri yay-qış yolsuzluqdan əziyyət çəkir

Saytımıza şikayət edən sakinlərin sözlərinə görə, küçənin yararsız olmasından, yolun kənarlarının məişət tullantıları yığnağına çevrilməsindən cana doyublar.

Yaxınlıqda uşaq bağçası yerləşdiyini də nəzərə alsaq, antisanitar şəraitin uşaqların sağlamlığına necə mənfi təsir etməsini müəyyən etmək çətin deyil. Sakinlər bu barədə Ucar Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət ediblər. 

Ancaq onlar Ucarda bir küçənin - Heydər Əliyev adını daşıyan küçənin təmizlik və təmir işlərinə baxırlar. Rayon mərkəzinin bütün kənar küçələri demək olar bərbad vəziyyətdədir. Rayonun hazırda icra başçısı Mənsur Məmmədovdur. 

O, Göyçayın icra başçısı olub. Nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumudur. Amma nazir qohumu öz doğma rayonundakı problemlərlə də maraqlanmır./politika.az/


MediaFax