ÖZƏL: Samir Şərifovun “sığorta” oyunları - FAKTLAR

Səhm paketinin 100 faizi Azərbaycan Beynəlxalq Bankına məxsus olan "Beynəlxalq Sığorta Şirkəti” ASC yola saldığımız ilin oktyabr ayında fəaliyyətini dayandırdı. Bunu bankın sədr müavini Elmir Həbibullayev bu cür əsaslandırmışdı: "Biz biznesimizi optimallaşdırmağa çalışırıq. ”Beynəlxalq Sığorta Şirkəti"nin maliyyə göstəriciləri bizi qane etmədiyi üçün biz bu cür qərar qəbul etdik". 

Nəzərə alsaq ki, bu ilin ilk yarısına qədər ABB 5 milyondan çox kredit verib, o halda sığortalanan məbləğ də 5 milyondan çox təşkil edib. 

Digər bir məsələ isə hələ ABB-nin keçmiş sədri Cahangir Hacıyevin dövründən yığılıb qalmış və havaya uçurdulmuş milyardlarla dollar kreditin halına, o halda da sığortalanan məbləği qeyd olunan sığorta şirkəti vasitəsiylə yuyulmasını iddia edə bilərik. 

Məsələnin digər tərəfi ondan ibarətdir ki, ABB-nin 3 ildi auditor hesabatını hazırlayan "Deloitte & Touche" Məhdud Məsuliyyətli Auditor Cəmiyyətinin hesabatından görünür ki, ABB-nin kredit paketinin miqdarı 7 milyardı keçib. Lakin və amma ABB tərəfindən BSŞ-yə ödənilən məbləğ açıqlanmır. Baxmayaraq ABB BSŞ-nin 100% səhm paketinə malikdi.
 


Mediafax.Az xəbər verir ki, ABB-nin işdən yeni azad olunan sədri Elmar Məmmədov sələfi Cahangir Hacıyevin yolunu iri addımlarla geridə qoyub.
 
Adi riyazi hesablama aparsaq görərik ki, sığorta şirkətini ləğv etməklə Elmar Məmmədov verilən kreditlərə görə tutulan sığorta haqlarını rahatlıqla mənimsəyə bilib. 

Beynəlxalq Sığorta Şirkəti səhmdar cəmiyyət olduğundan onun ləğvi qanunvericiliyə əsasən heç olmasa 3 ay çəkir. Lakin ABB-nin keçmiş rəhbərliyi bu müddəti gözləmədən, "tezbazar" şirkəti ləğv etməkdə məqsədi Elmar Məmmədovun "xaç atası” hesab edilən Samir Şərifovun xeyir duası ilə baş verməsi heç kimə sirr deyil.

Mediafax.Az-ın məlumatına görə, Maliyyə Nazirliyinin struktur vahidi olan Dövlət Sığorta Nəzarəti Xidmətinin 2016-cı ilin fevral ayından Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsinə baxmayaraq, yenə də sığorta bazarına nəzarətini itirməyən Samir Şərifov "sığorta oyunların”dan məharətlə istifadə edərək, nəzarətində olan "Azər-Türk Bank”ın partnyoru "Qala” Sığorta Şirkətinin xidmətindən də "istifadə” edib. 
 

Samir Şərifov BSŞ-dən əldə etdiyi gəlir ABB tərəfindən "verilən” kreditlərə görə alınan sığorta payı ilə məhdudlaşmırdı. Həmin sığorta şirkəti 32 növ sığorta əməliyyatı aparırdı və sığorta yığımları Ermənistan kimi dövlətlərin büdcəsinə bərabər idi. 

Digər tərəfdən, sığorta şirkətləri vasitəsilə dövriyyədəki pulun silinməsi mexanizmini cənab Şərifov pis bilmir. Nəzərə alsaq ki, Samir Şərifov ARDNF-nun prezidenti kimi beynəlxalq maliyyə korporasiyaları və sığortaçıları ilə əlaqələrdə səhm və sığorta oyunlarını əzbərləmişdi.

BSŞ-nin də bağlanması bu qəbildən olan oyunların nəticəsində Samir Şərifovun göstərişilə baş vermişdi. Uduzan isə yenə dolayısıyla dövlət və vətəndaşlar oldu.

MediaFax