Zakir Fərəcovun “dəmir skamya” biznesi... - FOTOLAR

Zakir Fərəcovun "dəmir skamya” biznesi – Milyonların naləsini kim götürəcək?
 
Sumqayıt icra hakimiyyəti şəhərdəki parklara xəstəliklərə yol açan yüzlərlə metal oturacaqları niyə qoyub?

Sumqayıtlılar niyə məmurların şəxsi maraqları ucbatından parklardakı soyuq oturacaqlarda oturub cürəbəcür xəstəliklər tapmalıdırlar?!
Düzdür, etiraf etmək lazımdır ki, son zamanlar Sumqayıtda müəyyən abadlıq işləri görülüb. Bunu danmaq olmaz. Amma bu yaxınlarda şəhərin Heydər Parkında, eləcə də təzə açılan Sumqayıt Bulvarında soyuqlu havada metal oturacaqları görəndə (onların sayı təxminən 400-ə, bəlkə də çoxdur) bu abadlıq işlərinin görünməyən qaranlıq tərəfi üzə çıxırdıq.

Qeyd edək ki, çox güman Azərbaycanda istehsal bu dəmir oturacaqların elan saytlarında qiyməti 550 manat göstərilir. Lakin araşdırılsa bu skamyalara icra hakimiyyətinin sənəddə reallıqdan dəfələrlə çox pul xərclədiyi də çox güman ki , üzə çıxır. Amma hələ məsələnin yeyinti sahəsini kənara qoyuruq. Çünki bizim məmurların büdcəni öz malı kimi "basıb yeməsi” anormal olsa da, cəmiyyət tərəfindən adi qarşılanır. Amma sağlamlığın dəyərini pul ilə ölçmək heç düzgün deyil.
Ümumiyyətlə, park haqda düşünəndə insanın ağlına ilk gələn oturacaqlar olur. Çünki oturacaqlar dünyanın hər yerində parkların ən əsas elementindən, atributlarından biridir. Yəni parkı skameykalarsız təsəvvür etmək mümkün deyil. Düzdür sivil ölkələrdə, Avropada isti vaxtlarda oturacaqlarda oturmaqdan çox insanların yaşıl otluqada piknik qurub istirahət etməsi çox yayılıb, amma bu başqa söhbətin mövzusudur. Bizdə hələ o səviyyəyə çox qalıb. Bizdə hələ yaşıllığın üstünə yazırlar ki,”bura daxil olmaq olmaz”, hətta cərimə də edirlər. Elə bil insan üçün deyil bu otluq, ancaq seyr etmək üçün,estetika üçündür.
 
Oturacaqlar cürəbəcür olur: taxtadan, daşdan plastikdən, metaldan və s. Amma ən əsası odur ki, ictimai yerlərdə olanların oturacaq hissəsi adətən taxtadan olur, çünki adam oturanda soyuq olmasın. (Onun karkası, qolları, yanları dəmirdən də ola bilər,daşdan da, bu problem deyil)

Hətta yaşlı nəslin nümayəndələri bəlkə də xatırlayar ki, sovet dövrü tez-tez eşitmək olurdu ki, yaşlı qadın və ya ağsaqqal kişi necə betonun və ya soyuq başqa səthin üstündə oturan uşaqlara cidi- ciddi məsləhət görürdü ki, dur ordan, yoxsa xəstəlik taparsan,bütün ömrün boyu heyfslənərsən burda oturduğundan”.
Çünki 5 dəqiqə ərzində tapılan xəstəlik bütün ömrü boyu sağalmaya bilər.O zaman uşaqların çoxu dərk etmədiklərindən buna gülürdülər,amma əslində bu ciddi məsələdir.Sağlamlıqla bağlı məsələ ümumiyyətlə qeyri-ciddi ola bilməz.Çünki insan üçün ən dəyərli şeylərdən biri sağlamlıqdır. Sumqayıtda parkda və Bulvarda dediyim oturacaqların metaldan olmasını müəyyən etmək elə də çətin deyil. Bunun üçün barmağınız ilə onu dınqıldadın dəmirin səsini eşidəcəksiniz. Görünür parkda əyləşib dincəlmək üşün sumqayıtlılar özləri ilə altlarına qoymağa döşəkçə də gətirməlidirlər.Əslində elə üzdən bilinir ki,bu "skameykalar” parklıq deyil,bağ yerinə daha çox uyğun gəlir.

Qeyd edək ki, metal oturacaqlarda istilikkeçiricilik qabiliyyəti böyük olduğundan soyuq havada bu cür oturacaqlarda oturanda əyləşilən nahiyə qızmır,taxtada isə əksinə, istilikkeçiricilik keyfiyyəti yüksək olduğundan istilik qalır deyə adamın oturduğu yer qızınır. İnandırıcı deyil ki,icra hakimiyyəti bu cür oturacaqlardan xəbərsiz olsun.Birincisi bizdə məmur özü üçün məsələn,hansısa mebel alanda çox güman onu əlli-dəfə ölçüb- biçir,yaxşısını,keyfiyyətlisini almağa çalışır.İkincisi əgər xəbərsizdirsə demək o pis məmurdur.Üsüncüsü isə bizdə məmurlar vətəndaşa, onun hüququna təbii ki,onun sağlamlığına da nə qədər etinasız yanaşsa da çox gözəl bilir ki,nə nə materialdandır və ondan nə qədər xeyir qazana bilər.

Onlar nəyi sifariş verdiklərinin tam fərqindədirlər,bunu gözüyumlu etmirlər.Əminik ki, bu metal oturacaqlara ayrılan pula normal ,ziyansız oturacaq ala bilərdilər.Əslində parkdakı digər – elə bunlara oxşar,həmin rəngdə olan taxta oturacaqlar da qurdalasan heç əsl taxta deyil, çox güman plastiklə, Allah bilir nə ilə qarışıq materialdandır.

Düzdür, həm Sumqayıt bulvarında ,həm də Heydər parkında başqa,taxtadan olan oturacaqlar da var.

Amma əsa mövzumuz metal oturacaqlardır və onları parklara qoymaqdansa qoymamaq daha yaxşı olardı. Belə çıxır yüzlərlə oturacaq yalnız zahiri görünüş üçün qoyulub. Hiss olunur orda yeyinti var və kimlərsə bu skameykaları satanlarla əlbir olub iş görüb pul qazanıb və bu da binəva sumqayıtlıların başında çatdayır.Yeri gəlmişkən keçmiş icra başçısı Eldar Əzizovu tərifləmək istəməsəm də (o da sahibkarların başına o qədər oyun açıb ki… )o gec də olsa Heydər Parkını təmir elətdirib abad hala salmışdır. Hətta parkda pulsuz karusel,uşaqların oynaması üçün meydança,hətta idman trenajorlar da var idi ki,sumqayıtlılar şəhərdə nadir olan bu şeylərdən yararlanırdı.

Dövlətin milyonlarla vəsaiti hesabına orda, Eldar Əzizovun xoşladığı kreativ tikililər də tikilmişdi.Təzə icra başçısı Zakir Fərəcov bu parkda sələfinin tikdirdiklərini demək olar ki,hamısını sökdü.Hətta yerə döşənmiş daşı da.Halbuki ,buna elə də ehtiyac yox idi . Pis-yaxşı əvvəlki eləmişdi. İndi kimsə kasıb gedib icra hakimiyyətindən pul istəsə onda deyəcəklər büdcədə pul yoxdur ,amma lazımsız şeylərə milyonlarla pul xərclənir.

Hələ yeyintini demirəm. Bir icra başçısın digərinin etdiyini sökdürməsinin arxasında təbii ki, təkcə onun işini bəyənməmək durmur. Burda pul məsələsi də var.
Nəsə… Qayıdaq əsas mətləbə … İlk baxışdan bu adi məsələ görünə bilər, amma nəzərə alsaq ki,bu nə kimi fəsadlara yol açır kiçik görünməz. Əgər belə şey xaricdə,hətta Rusiyada belə baş versə idi böyük skandal olardı ,ictimaiyyət etiraz edərdi və axırda şəhər rəhbərliyi sakinlərin haqlı şikayətini qəbul edərdi.Amma bizdə elə bil bu adi şeydir.İctimaiyyət elə bil yoxdur,reaksiya yoxdur. Amma bu da başqa mövzunun söhbətidir. Maraqlıdır ki,şəhərdə fəaliyyət göstərən çoxsaylı mətbu orqanlar da məsələni işıqlandırmayıblar,ictimailəşdirməyiblər ən azından.

Görəsən icra hakimiyyətində işləyən məmurlar özlərinə və yaxınlarına rəva görər bu dəmir oturacaqlarda özü də soyuq vaxtda oturmağa? Əgər özünə rəva bilməzlərsə bəs onda niyə sumqayıtlılara rəva bilir.Əslində bu onların sumqayıtlılara olan etinasız, laqeyd münasibətinin,”qayğısının” bariz göstəricisidir.Əks məmurlar çoxlu sayda skameykaları parklara qoymazdılar.

Xatırladım ki,aluminum və ya başqa metaldan olan oturacaq yayda da isti olur.Düzdür ,indi qışdır, ümumiyyətlə çöldə oturan azdır.Amma bu oturacaqları parkalara döşəyənlərə qəti bəraət qazandırmır.Birincisi oturacaqlar oturmaq üçündür,istər qışda, istərsə yayda.

Düzdür bir tərəfən cüzi də olsa yerli məmurları başa düşmək olar ki,icra hakimiyyətinin məsul şəxsləri düşünür ki,belə skameykalar açıq havada,yağışa, küləyə,qara daha dözümlüdür, gec sıradan çıxacaq,bir növ ucuz başa gəlir. Möhkəmdir deyə onu kimsə qırmayacaq. Amma iş orasındadır ki, bizim camaat vandal-zad deyil. Avropalıdan min dəfə mədənidir və üstəlik parklara nəzarət olunur,polis mühafizə var.Birdə ki, şəhərdə hələ indiyəcən sovet dövründən qalan taxta oturacaqlar var ki,indiyəcən durur,yararlıdır. Elə bu aliminum oturacaqların da çox güman ucuz başa gəlsin deyə(amma sənəddə ikiqat gedir qiyməti bəlkə də) eləsini alıblar elə indidən çoxu qopur,qaraltısı görsənir.

Maraqlıdır ki, Eldar Əzizov icra hakimiyyəti olanda Heydər Parkında skameykalar hamısı taxtadan idi elə bil. Təzə icra başçı gələndə onları harasa apardılar, yerinə sağlamlıq cəhətdən oturmağa yararsız metal skamyaları gətirib döşədilər.

Qoyublar-qoyublar, heç olmasa, insaf edib siqaretlərin üstündə "Siqaret çəkmək sizin sağlamlığınıza ziyandır”kimi bir şey fikirləşib yazardılar, camaata yazıqları gəlib, bir az insaf edib. Onu da deyək ki, əyləşəndə xroniki xəstəliklər əmələ gətirən, böyrəklərə ziyan olan ,soyuqdəyməyə səbəb olan, hətta ola bilsin prostatit,sonsuzluq əmələ gətirən bu skameykalara hələ bazar qiyməti ilə hesablasaq(sayı 400 olsa)ən azı 250 min pul xərclənib bu böhran dövrü yararsız skameykalara dövlət büdcəsindən.

Məqsədimiz bunları deməklə görülən müsbət işləri, əslində heç də pis olmayan Bulvarı, parkı qaralamaq, kimisi "vurmaq”deyil, ölkəmizi, şəhərlərimizi sevdiyimizdən problemləri göstərmək onların həllinə çalışmaqdır, şəhərimiz bir az da yaxşılaşsın. Hər halda ümid edirik şəhərin icra hakimiyyətinin məsul şəxsləri "imkanları” olsa, bir açıqlama verər.Söhbət təkcə skameykadan getmir, xidmət etməli olduqları vətəndaşa qarşı ümumiyyətlə "vnimatelini” olmaqdan gedir. Niyə axı bizim məmur yalnız özünün marağında olanda çox "vnimatelini” olur?!

Niyə özü də mütləq mətbuat hansısa məsələni qabartmalıdır ki,ondan sonra nəsə tədbir görülsün.Bunları ki,görmək elə çətin deyil əslində …Təbii ki,görmək istəyi varsa…/Bizimxeber.az/





MediaFax