Yunanıstanın paytaxtında partlayış: ölən var

Yunanıstanın paytaxtı Afinadakı kafelərin birində partlayış verib.
 
Bu haqda məlumatı Yunanıstan mətbuatı yayıb.

Verilən məlumata görə, partlayış nəticəsində yaşlı bir qadın ölüb, altı nəfər isə xəstəxanaya yerləşdirilib.

Polis insident yerini mühasirəyə alıb, partlayışın səbəbləri araşdırılır./axar.az/

MediaFax